Heç bir şəkildə başlaya bilmədiyiniz ciddi bir şey haqqında fikirləşin. Ola bilsin ki, bu hər hansı xüsusi bir iş tapşırığıdır- məsələn:iş təklifinin hazırlanması və ya çətin bir məktubun yazılmasıdır. Bəlkə də, söhbət heç cür baş tutmayan vacib danışıqdan gedir. Yəqin ki, əvvəllər oxşar danışıqlarınız olub, və siz bir başa məsələyə keçmək əvəzinə dəqiqələrlə həmin məsələdən dolayısıyla yayınmısınız. Bəlkə də, vacib iş elə sizi biraz qorxudan məsələ ilə bağlı iclasda çıxış etməkdir.
Ehtimal var ki, siz aşağıda sadalalanlardan heç birini etməyəcəksiniz: sevdiyiniz xırda işlərlə məşğul olacaqsınız, lakin bu vacib ancaq bir o qədər də çətin tapşırıqdan qaçacaqsınız . Yaxud da , ola bilsin ki, siz dəyərli vaxtınızı itirərək işə başlamaq üçün tənbəllik edirsiniz.
Tanıdığım insanların ən məhsuldarları belə vəziyyətlərin öhdəsindən qətiyyətlə gəlirlər: onlar həmin məsələlərə az vaxt sərf edirlər və nisbətən daha vacib iş tapşırıqları və danışıqlarını etməyə başlayırlar. Ötən həftə mən gözlənilmədən onların buna necə nail olduqlarını anladım.
Mən Big Sur sahəsindəki Sakit okeanının qayalı sahillərində yerləşən əsrarəngiz reabilitasiya mərkəzi olan Esalen İnstitutunda liderlik təlimində oldum. Səhər yeməyindən əvvəl hər səhər eyni ritualı təkrarladıq: isti qaynaqlarda qızınır və rahatlayırdım, daha sonra gücüm çatdığı qədər dayana bildiyim soyuq su vannasına girirdim. Prosedur üç dəfə təkrar olunurdu.
Mən isti və soyuq suda olma müddətlərini növbə ilə edirdim, çünki açıq aydın görünür ki, belə prosedurlar qan dövranını yaxşılaşdırır və enerji verir. Mənim gözlənilməz kəşfim soyuq su vannasına girməyin sirri , məhz , uğurlu insanların xoşagəlməz tapşırıqların öhdəsindən gəldikləri sirr olmasından ibarət idi.
Görün nə baş verdi: cəsarət toplamaq və ən azından cəhd etmək üçün ilk dəfə isti qaynaqda iyirmi dəqiqə vaxt sərf etməli oldum. Bu ilk dəfədə isti suya girməzdən əvvəl soyuq suda yalnız beş saniyə dayana bildmişdim
Buna baxmayaraq, artıq həftənin sonlarına yaxın mən soyuq suda qorxmadan beş dəqiqədən çox dayanırdım və dincəlirdim.
Bizim şüur və bədənimizin demək olar ki, hər şeyə uyğunlaşa bilmək kimi əla bacarığı var. Çətinliklər nadir hallarda insanlar üçün yeni norma kimi qəbul edilir. Əslində çətini həmin çətinliyə öyrəşməkdir. Ən çətin mərhələ keçid dövrüdür.
İndi isə heç bir şəkildə məşğul ola bilmədiyiniz şeyləri xatırlayın. Mən əminəm ki, sizin əsas probleminiz qarşıya qoyulan məsələni həll etmək deyil, həmin məsələ üzərində işləməyə başlamaqdır.
Hər hansı bir şeyi həyata keçimək üçün başlıca maneə birbaşa işə başlamaqdır. Demək olar ki, bu komfortlu (isti vanna, adi elektron məktubların göndərilməsi, iş siyahısından elementar tapşırıqları çıxarmaq, adi danışıqlar) yaşam tərzindən komfortsuz ( buzlu vanna, iş təkliflərini yazmağa başlamaq, xoşagəlməz söhbət etmək, «ağ vərəq » sindiromunun öhdəsindən gəlmək) yaşam tərzinə keçiddən ibarətdir.
Biz mühüm iş məsələlərinin sözün əsl mənasında yağ kimi həll olunması üçün yüksək keyfiyyətlərə və peşəkarlığa sahib olmağımız haqqında düşünməyə meyilliyik , lakin bu həmişə doğru deyil. İşə başlamazdan əvvəlki anın öhdəsindən gəlmək üçün əslində bizim səriştəli mütəxəssis olmağımız lazımdır. İşə uyğunlaşmağa başlayanda artıq işin özü sistemli şəkildə və lazımi vaxtda bizi əsl peşəkara çevirəcək.
Bnunla da o nəticəyə gəlirik ki, bizim həqiqətən də inkişaf etdirməli olduğumuz keyfiyyətimiz uyğunlaşma bacarığımızdır.
Gəlin vanna ilə bağlı nümunəyə nəzər salaq. Hər gün bir neçə dəfə isti vannadan soyuq vannaya keçməyim mənə tez bir şəkildə komfortlu haldan komfortsuz hala uyğunlaşmağı öyrətdi və bu sadəcə bənzətmə deyil. Yaşanmış təcrübə , həqiqətən də, mənə qəfil baş verən dəyişikliklərə öyrəşməyə kömək etdi.
Bir həftəlik su prosedurları ərzində yeni situasiyalara keçmək üçün bacarığı artıran üç mərhələ ayırdım.
İlk olaraq irədənin gücündən başlayın. Bir çoxları, həmçinin, mən də güvənilməyən keyfiyyət olduğuna görə iradə gücünə etibar etməmək haqqında yazırdıq. Halbuki, mən vacib bir şeyin fərqinə vardım: uzunmüddətli prespektivlərdənsə iradənin gücü kritik anlarda daha çox ehtibarlılığa layiqdir. Məhz, buna görə də spirtli içki alüdəçiləri bir gündə içkini atmaq qərarına gəlirdilər. Bəzi hallarda sizə sadəcə qoyulmuş məqsədə çatmaq üçün özünüzü məcbur etməyiniz lazımdır. Necə ki, mən suya girmə prosesini asanlaşdıra bilmirdim və suya girmək üçün özümü iradə gücümə güvənməyə və nizamlamağa, yəni cəsarətli olmağa məcbur etdim.
Təkrarlamağa köklənin. Günbəgün və suya girməklərlə daha rahat olurdum. Yalnız ona görə yox ki dözürdüm , həm də ona görə ki,məndə bu həyat tərzinə dair gözləmə, vərdiş və bağlılıq yaranırdı. Mən əvvəlcədən qərar gəlmişdim ki, suya dalışlar edəcəm və beləliklə də, inamsızlığımı , qərarsılığımı bunlarla yanaşı şübhəmi də aradan qaldırdım. Zehnim bir anlıq etiraz edəndə mən sadəcə görməzdən gəlirdim və dalmağa davam edirdim. Xatırlayıram ki, bir gün səhər qaynar vannadan çıxıb buzlu vannaya girəndə ağlım rəsmən üsyan edirdi: “ buna eetmək istədiyindən əminsən? Bu ilıq komfortlu suda qal!” L akin bədənim soyuq suya doğru getməyə davam edirdi.
Adaptasiyadan faydalanın. Həftənin sonunda bədənim fiziki cəhəntən dəyişmişdi. Mən buzlu suda eksperimentin başlanğıcındakından 60 dəfə çox vaxt keşirirdim və demək olar ki, soyuğu hiss etmirdim. Psixoloji və fiziki siqnallar artıq əhəmiyyətsiz idi və mən bir vannadan digərinə keçməyi ağrılı təcrübə kimi qəbul etmirdim. Bundan əlavə , hamamda duyğularım da dəyişdi . Belə ki, əgər əvvəl narahatlıq keçirirdimsə , indi özümü təravətlənmiş hiss edirdim.
Bilirəm ki, buzlu vannaya girməyi ağır söhbətlərlə,iş təkliflərinin yazılması ilə və ya sizin ünvanınıza edilən təhqirləri dinləmək zərurəti ilə müqayisə etmək olmaz. Vanna fiziki sınaqdır, amma yuxarıda sadalananlar intelektual və emosional təbiətə malikdir. Bəzi insanlar üçün iş prosesindəki çətinliklər onlara həyatlarındakı digər şeylərdən daha çətin gəlir. Halbuki, əslinə qalsa bütün bu məsələlərə başlamamaq istəyi eyni psixoloji problemdir: beyniniz yubanmaq üçün bəhanələrdən istifadə edir. Prinsip və qərar eyni şeydir: özünüzü komfortdan komfortsuzluğa keçməyə öyrədin.
Gəlin bu prinsipi heç cür başlaya bilmədiyiniz məsləyə tətbiq edək.
- Həyata keçirmək istədiyiniz ,lakin heç cür başlaya bilmədiyiniz hər hansı bir vacib məsələni müəyyənləşdirin.
- İşə keçid nöqtəsini müəyyənləşdirin. Belə hallara aid bir neçə nümunə göstərək: əlinə telefo götürmək və nömrə yığmaq ( danışmaq üçün) ; stol arxasına əyləşmək və ilk sözü yazmaq( istənilən məslə ilə bağlı nəisə yazmağı lazımi bilən) ; sual vermək və susmaq ( geri cavab almaq üçün).
- Qərar verin — işə harada və nə vaxt başlayacağınızı dəqiqləşdirin (keçid).
- Öz emosional cəsarətiniz üzərində işləyin. Çətin bir işə başlamaq narahatlıq hissinə səbəb olacaq və işi buraxmamaq üçün duyğuların öhdəsindən gəlməyə hazır olmalısınız. Mən bu keyfiyyəti emosional cəsarət adlandırıram. Bu, hər şeydə üstün olmaq üçün inkişaf etdirilə bilən çox əhəmiyyətli bir bacarıqdır. Planlarınızı həyata keçirmək üçün kifayət qədər uzun müddət xoşagəlməz hisslər yaşamağa hazırsınızmı? Bəziləri bunlardan ibarətdir: narahatlıq, qorxu (“bu , nə vaxtsa sona çatacaqmı?”), Hər şeydən imtina etmək arzusu (“Bəlkə, mən elektron poçtumu yoxlamalıyam”) və inamsızlıq (“məndə alınmayacq”).
- Suallar vermədən hərəkət edin. Siz öz fikirlərinizi idarə edə bilməzsiniz, lakin istəyinizə nail olmaq üçün işləməyə davam etməlisiniz.
- Bu sxemi hər gün təkrar edin.
Unutmayın ki, keçid dövrü əbədi deyil. Bu, yeni norma deyil, sadəcə ona doğru hərəkət etməkdir.
İndi isə , əgər sizin hətta bir dəqiqə boş vaxtınız varsa , tez ( müvafiq bacarığı inkişaf etdirməyə başlamaq üçün) elə, indicə sizi məqsədinizə yaxınlaşdıracaq bir şeyi edin. Əgər siz şübhə edirsinizsə, düşündüyünüz şeyə fikir verin. Şüurunuz sizi haralara aparacaq ( “ Mənim vaxtım yoxdur” , “Bu səfehlikdi”, “ Bir dəqiqə heç nəyə yaramayacaq” və s.)? fikriniz bəhanələr gəlməyə davam edirsə , dayanmadan . Dalın.
Müəllif haqqında: Piter Breqman , üst səviyyə idarəçilərinə məsləhət verən “Breqman Partners” şirkətinin icraçı direktoru. “18 dəqiqə” ən çox satılan kitabın müəllifi.