Azərbaycan məhsullarının dünya bazarına çıxarılması üçün “Google” işə yarıyacaq

Date:

Paylaş:

qtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport” portalı “Google” şirkətinin yeni istifadəyə verdiyi “Google Market Finder” xidmətinə qoşulub.

Bizplus-a İİTKM-ə istinadən xəbər verir ki, sistem www.azexport.az portalında yerləşdirilən məhsulların 100 müxtəlif kriteriya üzrə təhlilini apararaq məhsullar üçün ən uyğun satış bazarlarını təklif edir.

Təhlil üçün “Google” platformasında dünyanın 200-dən artıq ölkəsindən toplanılan geniş və ünvanlı bazar məlumatları istifadə edilir. Bu cür məlumatlar əsasında qlobal ixrac planlarını yaratmaq daha asandır.

“Google Market Finder” “machine learning” prinsipinə əsaslanan sistem əsasında qurulub. O, Azərbaycan məhsulları üçün ən yaxşı bazarları təklif edir və növbəti satışları planlamaq üçün lazım olan bütün məlumatları verir. Həmçinin, “Potensial müştərilər internetdən necə istifadə edirlər?”, “Onların gəlirləri nədir?”, “Hansı satış kanalları daha etibarlıdır?” kimi sualların cavablandırılmasına kömək edir.

“Azexport” portalının rəhbəri Zaur Qardaşov bildirib ki, bütün bu məlumatlar əsasında “Market Finder Big Data”ya əsaslanaraq lokalizasiya, beynəlxalq ödənişlər və logistika kimi sahələrdə ən uyğun imkanları seçərək təqdim edir. Onun sözlərinə görə, hər bir müvəffəqiyyətli ixracatçı qlobal marketinq planına ehtiyac duyur: “Sizin məhsulu xarici bazarlarda təşviq etmək üçün ən yaxşı üsul hansıdır? Müştəriləriniz hansı cihazları istifadə edir və onlara çatmaq üçün ən yaxşı yol nədir? Sistem bu sualları cavablandırdıqdan sonra marketinq qərarlarını məlumat və müştəri anlayışları ilə təmin etməyə kömək edir və ən yaxşı vasitələri təklif edir”.

“Google Market Finder” xidmətindən faydalanmaq üçün azexport.az portalına yerləşdirilən məhsullar haqqında daha geniş və strukturlaşdırılmış (ingilis dili daxil olmaqla) məlumat təqdim etmək lazımdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...