Xiaomi şirkəti IPO öncəsi 1 milyard dollar vəsait itirib

Date:

Paylaş:

Çinin smartfon istehsalçısı Xiaomi 1.09 milyard odllarlıq vəsait itkisindən xəbər verdi. Şirkət bu vəsaiti IPO öncəsi itirib. 2017-ci ildəki göstərici ilə müqayisədə bu itki o qədər də böyük deyil. Həmin vaxtda şirkət 6.85 milyard dollar vəsait itirmişdi. Şirkətin vəziyyəti getdikcə yaxşılaşmağa doğru gedir. Belə ki, 2018-ci ilin birinci rübü üçün onun təmiz gəliri 162 milyon dollar təşkil edib. Şirkət bütün keçən il ərzində isə 608 milyon dollar gəlir əldə etmişdi. 2018-ci ildə şirkətin smartfon satışları 88% yüksəlib. Bu əsasən xarici bazarlardakı satışların artması sayəsində baş verib.

Beləliklə şirkət öz növbəsində gəlirini 5.3 milyard dollara kimi çatdırıb. Əvvəlki bütün il üzrə göstərici 17.8 milyard dollar təşkil etmişdi. Xiaomi hələki keçirdəcəyi IPO-da vəsait yığımının səbəbini və təqdim edəcək səhmlərinin sayını açıqlamır. Analitiklərin fikrincə IPO sayəsində şirkət 10 milyard dollar investisiya əldə edə bilər. Bunun olacağı halında sözügedən IPO son 4 ildə ən böyüyü olacaq. Maraqlısı ondadır ki, təqdim olunacaq səhmlərin 30%-i yalnız Çin bazarı üçün nəzərdə tutulacaq. Bizneslərinin smartfon satışları üzərində qurulmuş yalnız bir neçə İT şirkət real gəlir əldə edir. Onlardan ən əsasları Apple və Samsung şirkətləridir. Digərlərinin işləri isə o qədər də yaxşı getmir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...