Dünya Bankından Azərbaycanın dövlət müəssisələrinə çağırış

Date:

Paylaş:

Dövlət müəssisələri Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda konfrans zamanı Dünya Bankının ölkə üzrə meneceri Navid Həsən Naqvi deyib.

O bildirib ki, dövlət müəssisələrinin fəaliyyəti istənilən ölkənin, o cümlədən Azərbaycanın iqtisadiyyatı üçün vacibdir: “Bununla belə, dövlət müəssisələrində korporativ idarəetmənin inkişaf etməsi də vacibdir. Onların fəaliyyətinin səmərələliyinin və şəffaflığının artırılmasını davam etdirmək zəruridir”.

Menecer qeyd edib ki, Azərbaycan hökuməti bu yaxınlarda dövlət müəssisələrinin idarəedilməsi sahəsində iddialı islahat prosesinə başlayıb:

“Dünya Bankı isə prosesə dövlət müəssisələrinin korporativ idarəçilik sisteminin təhlili, risklərin və fəaliyyət göstəricilərinin qiymətləndirilməsinin təkmilləşdirilməsi sahəsində məsləhətlər vermək vasitəsilə dəstək verib. Ümid edirik ki, belə yardım gələcək islahat tədbirlərinin həyata keçirilməsində hökumətə istiqamət verəcək və bu, dövlət müəssisələrinə nəzarət funksiyasının gücləndirilməsinə və onların effektiv idarə edilməsinə gətirib çıxaracaq”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...