Azərbaycanla Hindistan arasında müəyyən kateqoriyalı şəxslərin vizasız gediş-gəlişi barədə saziş təsdiq edilib.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra saziş təsdiq edilib.