Microsoft GitHub-ı alandan sonra istifadəçilər 41 min layihəni Gitlab-a keçirdiblər

Date:

Paylaş:

Gitlab platformasının istifadəçiləri 1 gün ərzində 40.000-dən çox layihəni GitHub-dan Gitlab-a keçirdiblər. Bu,Microsoft şirkətinin GitHub platformasını alması fonunda baş verib. Bu barədə Gitlab platformasının bloqunda qeyd olunub. Microsoft şirkəti GitHub-ı aldğını 4 İyun tarixinin səhəri elan etmişdi. Artıq bugünki tarixin səhərinə kimi istifadəçilər Twitter-də movingtogitlab hashtag-nı 2.000 dəfədən çox işlədiblər.Gitlab-ın öz məlumatlarına əsasən 4 İyun tarixi üzrə platformanın istifadəçi kütləsi 5 dəfə artıb. Bununla belə Gitlab-da yaradılmış layihələrin sayı 75.000-i keçib. Günün sonunda isə GitHub-dan Gitlab-a keçirilmiş layihələrin sayı 41.000-ə çatıb. Bununla belə hal hazırda GitHub-da 80 milyona yaxın layihə var. Jurnalistlərin fikrincə istifadəçilərin GitHub-dan Gitlab-a keçid etmələrinin əsas səbəbi onların qorxularıdır.

Onlar güman edirlər ki, Microsoft şirkəti açıq mənbə kodlu layihələrin böyük bir hissəsini bağlaya bilər. Bununla belə Microsoft şirkətinin CEO-su Satya Nadella istifadəçilərə söz verib ki, şirkət sadəcə olaraq platformanı təkmilləşdirəcək və o, bütün tərtibatçılar üçün açıq platforma kimi fəaliyyətini davam etdirəcək. Qeyd etmək lazımdır ki, Gitlab 2011-ci ildə (GitHub-ın yaradılmasından 3 il sonra) təsis edilmişdir. Sözügedən platforma kodla birgə çalışma servislərini təklif edir. Gitlab-da ödənişli abunəliyin dəyəri 1 ay ərzində 4təşkil edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...