İqtisadiyyat nazirinə iki müavin təyin edilib

Date:

Paylaş:

İqtisadiyyat naziri Şahin Mustafayevə iki müavin təyin edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ilə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov nazir müavini təyin edilib.

Qeyd edək ki, Şirzad Abdullayev  1970-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşunas ixtisası üzrə bitirib. Almaniya Federativ Respublikasında Berlin İqtisadiyyat Məktəbi və Almaniya Tətbiqi Elmlər İnstitutunda əlavə təhsil alıb. Ş.Abdullayev uzun müddət bank sistemində işləyib, 2003-2008- ci illərdə Mərkəzi Bankın Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi, 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olub.

İqtisadi elmləri doktoru, monoqrafiyaların, dərs vəsaitlərinin müəllifi, Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” və“Tərəqqi” medalları ilə təltif edilib.

R. Məmmədov isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, Almaniyanın Drezden Texniki Universitetində Avropa inteqrasiyası hüququ ixtisası üzrə magistr təhsili alıb. O, 2007-2010-cu illərdə Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunda icraçı direktor, 2010-cu ildən İqtisadiyyat Nazirliyində şöbə müdirinin müavini, 2011-ci ildən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) müxtəlif vəzifələrdə çalışıb, son təyinatdan əvvəl isə AZPROMO-nun rəhbəri olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...