Mühacirlər olmasaydı, bu nəhəng şirkətlər yaranmazdı

0
768

Bu gün ABŞ prezidenti Donald Tramp hər nə qədər mühacirlərə qarşı sərt mövqe tutsa da, əslində Amerika məşhur şirkətlərinə görə qaçqınlara borcludur.

Bizplus.az bir neçə nümunəni təqdim edir:

Suriyalı qaçqın Əbdülfəttah Jandalinin ABŞ-a girişi qadağan edilsəydi, oğlu Stiv Cobs texnologiya nəhəngi “Apple”ı dünyaya qazandırmazdı. Şirkətin CEO-su Tim Kuk “Mühacirət olmasaydı, Apple olmazdı” deyir.

“eBay”ın qurucusu iranlı Pyer Morad Omidyar və ailəsi Amerikaya buraxılmasaydı, milyonlarla amerikalının rahat şəkildə alış-veriş etdiyi “eBay” bəlkə də heç vaxt qurulmayacaqdı.

6 yaşında ailəsi ilə birlikdə SSRİ-dən ABŞ-a köç edən Sergey Brin sərhəddən buraxılmasaydı, “Google” adlı axtarış sistemi olmayacaqdı. “Google”un hazırkı CEO-su hindistanlı Sundar Piçai “Apple”ın 200-dək xarici işçisindn biridir.

Dünyanın ən böyük sosial şəbəkələrindən olan “Facebook”un ortaq qurucusu braziliyalı Eduardo Saverin təhsil almaq üçün ABŞ-a getməsəydi, Mark Zukerberqlə tanış olub “Facebook”u qura bilməzdi.

ABŞ-ın ən böyük müdafiə sistemləri olan Boeing və General Dynamics də mühacirlər tərəfindən qurulan şirkətlərdir. ABŞ ordusuna xidmət edən bu iki şirkətdən “Boeing” ailəsi Avstriyadan mühacirət edən Uilyam Boeing tərəfindən qurulub. ABŞ-da ilk dənizaltı gəmini isə “General Dynamics”in qurucusu, irlandiyalı mühacir Con Holland hazırlayıb.

Intel, IBM, Bank of America,  AT&T, Youtube, Yahoo, Goldman Sachs, Tesla, SpaceX,  Sikorsky və Oracle da mühacirlər tərəfindən qurulan nəhəng Amerika şirkətləridir.

©qafqazinfo