Telman İsmayılov “Rosbalt”a qarşı 1 milyonluq iddia qaldırdı

0
880

Telman İsmayılov şərəf və ləyaqətini, iş nüfuzunu qorumaq üçün “Rosbalt” agentliyinə qarşı məhkəmə iddiası qaldırıb. FED.az xəbər verir ki, T.İsmayılov ona dəymiş mənəvi zərəri 1 milyon rubl həcmində qiymətləndirir.

İsmayılovun nümayəndəsi bildirib ki, iddia “Rosbalt”da dərc edilən yeddi məqalə ilə bağlıdır.

“Rosbalt”ın baş redaktoru Nikolay Ulyanov xəbərə belə şərh verib: “Məhkəməyə veriblərsə, müdafiə olunmaq üçün hazırlaşmalıyıq”.

Xatırladaq ki, 2016-cı ildə törədilmiş qətl hadfisəsi ilə bağlı Rusiya hökuməti Telman İsmayılovu beynəlxalq axtarışa verib. 2017-ci ilin noyabr ayında Telman İsmayılov həyatı boyu heç vaxt cinayət törətmədiyini bəyan edib.