Evlərində zəngin kitabxana olan uşaqlar gələcəkdə daha savadlı və ağıllı olurlar. Bu qənaətə ispan alimləri apardıqları araşdırmalar zamanı gəliblər.
Belə ki, evində ən azı 500 kitab olan uşaq daha mədəni atmosferdə böyüyür və daha zəngin dünyagörüşünə sahib olur. İspaniyanın bütün ziyalı ailələri evlərində kitabxana yaradaraq övladlarını kiçik yaşlardan oxumağa maraq oyadır.
Həmçinin kitaba meyilli uşaqlar müasir qadjetlərdən uzaq olurlar, bu da onların əsəb sisteminə müsbət təsir edir.
Təhsil alanların bilik səviyyəsini ölçən PİSA-nın (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) apardığı araşdırmalarda göstərib ki, 15 yaşlı uşaq ildə azı 11 kitab oxuyarsa, keçirilən testlərdə minimum 423 bal toplayar. PİSA sorğusunda hər 40 bal bir təhsil ilinin hər fənn üzrə ümumi nəticələrinə bərabər ölçülür.
Bu gün qədim köklərə malik və ya istənilən ispan ziyalısının evində azı 50 kitab və bir musiqi aləti var. Belə ailələrin övladlarının ümumi bilik səviyyəsi digərlərindən yüksəkdir.
İspaniya hökuməti ailələrdə kitab sayının və uşaqların kitaba marağının artırılması üçün müxtəlif sosial layihələr həyata keçirir. Bunlardan biri də gənclərin daha çox istifadə etdikləri metro vaqonlarında müxtəlif əsərlərdən kiçik hissələrin nümayişidir.
Azertag