“Amazon” və Bezosdan yeni rekord!

0
700
Amazon
Amazon

“Amazon” online riteyleri cari ilin ilk rübünün maliyyə hesabatını açıqlayıb.

İKT.lent.az-ın xəbərinə görə, şirkətin 49,96 milyard dollar həcmində proqnozlaşdırılan net satışları 51,04 milyard həcmində gerçəkləşərək gözləntiləri aşıb.

Aprelin 26-da məlumatın açıqlanmasından dərhal sonra birjada “Amazon”un səhmlərinin dəyəri 4%, daha sonra isə 6,3% artaraq 1614 dollar təşkil edib. Bu yüksəliş Amazon”un rəhbəri Ceff Bezosun “Bloomberg” milyarderlər indeksindəki birinciliyini də möhkəmləndirib. Onun sərvəti daha 12 milyard dollar artaraq 134 milyarda çatıb.