Google-ın reklamlardan əldə etdiyi gəlir kəskin artıb

0
563
Google
Google

ABŞ-lı texnologiya nəhənglərindən Google-ın baş təşkilatı Alphabet-in ilin ilk rübündə gəlirlərinin və xalis mənfəətinin atdığı bildirilib.

“Marja” xəbər verir ki, Alphabet-dən verilən açıqlamaya görə, şirkətin ilin ilk rübündəki gəlirləri keçən ilin eyni dövrünə nisbətən 25,8 faiz artaraq 31,15 milyard dollar təşkil edib. Şirkət, 2017-nin yanvar-mart dövründə 24,75 milyard dollar gəlir açıqlamışdı.

Açıqlamada, şirkətin xalis mənfəətinin də ilin ilk üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə 73,1 faiz artaraq 9,4 milyard dollara yüksəldiyi məlumatı verilib. Alphabet, keçən ilin ilk rübündə 5,43 milyard dollar xalis mənfəət əldə etmişdi.

Bundan başqa açıqlamada, şirkətin bir səhmə düşən mənfəətinin ötən ilin yanvar-mart dövründə 7,73 dollardan, bu ilin yanvar-mart aylarında 13,33 dollara yüksəldiyi bildirilib.

Reklam gəlirlərində 24,4 faiz artım

Google-ın reklam gəlirlərində ildən ilə artım görülüb. Açıqlamada, Google-ın reklamlardan əldə etdiyi gəlirin ilin ilk rübündə, 2017-nin eyni dövrü ilə müqayisədə 24,4 faiz artımla 26,64 milyard dollara yüksəldiyi bildirilib.

Google, ötən ilin yanvar-mart dövründə 21,41 milyard dollar reklam gəliri əldə etmişdi.

Alphabet-in gəlirlərinin və xalis mənfəət inin ildən ilə yüksəlməsinin ardından şirkətin səhmləri bahalaşıb.

Şirkətin səhmlərinin qiyməti  1073 dollardan 1110 dollara qədər qalxaraq 3,4 faiz artım qeyd edib.