RUGİMİN Taekvondo bölməsi Elməddin Vəliyevin rəhbərliyində böyük bir uğura yenidən imza atdı! “Ümid” taekvondo klubunun təşkilatçılığı və Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə “ilk liqa kuboku” başa çatdı.
14-15 aprel tarixlərində keçirilən yarışda 37 komandadan 625 uşaq, yeniyetmə və gənc taekvondoçu mübarizə aparmışdır. Yarışda şəxsi mübarizələrdə əldə edilən medal sayına görə RUGİM ilk pilləyə, Sumqayıt Təhsil ikinci, “ATEF” İ.K. üçüncü, “ƏFA” T.K. isə dördünçü yerə sahib olub.
Komandalar arasında təşkil edilən döyüşlərdə də RUGİM birinci yeri əldə saxlayıb. D.İ.N. İ.C. ikinci, RUGİM-2 üçüncü, Abşeron komandası isə dördüncü yerdə qərarlaşıb.