Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci ilin I rübündə maliyyələşdirilmiş layihələrin bölgüsünü açıqlayıb.
SKMF-dən “Report”a verilən məlumata görə, SKMF bu il 135 layihəyə 50 mln. 19,2 min manat məbləğində güzəştli kredit ayırıb.
Verilmiş kreditlər hesabına bu il 5145 yeni iş yerlərinin açılacağı gözlənilir.
Kredit, əsasən, müxtəlif sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı məhsullarının emalı, kənd təsərrüfatı məhsullarının istehsalı, xidmət infrastruktur sahələrinin inkişafı kimi sahələrə ayrılıb.