“Maraqli.tv təhsil müddətimdə öz xərclərimi ödəməyimdə kömək oldu”

0
5718

Kənan özün haqda bir qədər məlumat verərdin.

Mən Səlimov Kənan 22 yaşım var. UNEC SABAH qrupları məzunuyam. Hazırda İtaliyanın Bolonya Universitetində Biznes sahəsi üzrə təhsil alıram. Avropanın 10-a yaxın ölkəsində Erasmus+ proqramlarının Azərbaycan və İtaliya adından aktiv iştirakçısıyam. Eyni zamanda İnstagram sosial şəbəkəsində Maraqli.tv səhifəsini təsisçisiyəm.

Hal-hazırda 717 min izləyicisi olan bir səhifəni idarə edirsən. Necə olduki, belə bir səhifə yaratmaq qərarına gəldin?

Təsəvvür edin ki, bakalavr tələbəsisiz, sosial medianı çox sevirsiz və bu platformada faydalı işlər görmək istəyirsiz. Maraqli tv –ni dərslərdən və işdən qalan boş vaxtımı səmərəli keçirmək üçün təsis etmişdim. Mən təkcə səhifə vasitəsilə insanlara məlumat vermirəm, eyni zamanda özümü də maarifləndirirəm. Səhifəni təsis edənə qədər romantika və komediya səhifələrə dəbdə idi. İndi düşünürəm ki, etdiyim yeniliklə Azərbaycanda instagrama baxış açısını dəyişdim. İnsanların sosial şəbəkədə də öyrənməyə meyilini ortaya çıxartdım. Təsəvvür edin Maraqli.tv mövcud olana qədər Azərbaycanda top10 instagram səhifəsinin əksəriyyəti romantika səhifələri idi. Hazırda yarısından çoxu maraqlı faktlar səhifəsidir və qalanları da digər kontentdən olan səhifələrdir. Fikirləşirəm ki, bu önəmli dəyişiklikdir.

Maraqli.tv səhifəsi ilə qazanc əldə edə bilirsənmi?

İlk növbədə qeyd edə bilərm ki, təcrübə və özümə inam qazanıram. Təsəvvür edin sıfır investisiya ilə tək başına bir iş görürsüz amma 100 minlərlə insan sizi buna görə tanıyır. 2017-ci ildə SABAH qrupları məzun günündə Maraqli tv-nin təhsil naziri Mikayıl Cabbarov və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevə təqdim etmək şansı əldə etmişdim. Sevindirici hal o oldu ki, yüksək səviyyəli şəxslər də gördüyüm işə maraq göstərdilər. Fikirləşirəm ki, ekran arxasında da minlərlə savadlı insanlar gördüyüm işə maraq göstərir. Hətta orta məktəblərdən bir neçəsində şagirdlər səhifəmizdən əldə etdikləri məlumatları Coğrafiya dərsində vəsait kimi istifadə etdiklərini bilirəm. Bu mənimçün ən böyük qazanclardan biridir. Bundan başqa Maraqli.tv təhsil müddətimdə öz xərclərimi ödəməyimdə kömək oldu. Bəzi şirkətlər bu işdə mənə yardımçı oldular. Hər birinə minnətdaram.

Bu qədər izləyici toplamağın sirri varmı?

Mənim sirrim çox çalışmaq və planlı hərəkət etmək oldu. Bir komandanın görə biləcəyi işi tam 3 il boyunca tək başına görməyə çalışırdım. Çox sadə görünsə də, 3 il ərzində saat günorta 12-dən gecə 1-ə kimi yatmamalı idim, çünki səhifənin aktivliyini saxlamaq üçün post paylaşmaq vacib idi. İndi İtaliyada yaşasam da səhifəni doğma qardaşımın rəhbərlik etdiyi komanda idarə edir. İşlərindən tam razıyam.

Demək olar ki bir milyona yaxın insan sənin paylaşımlarını izləyir. Bəs sən özün hansı səhifələri bəyənirsən?

İnstagramda mənimçün faydalı ola biləcək səhifələri izləyirəm. Viner Əlixanı bəyənirəm. Fikirləşirəm ki mənlə Əlixanın yerinə yetirdiyi misyalar eynidir. Hər ikimiz insanları maarifləndirməyə çalışırıq. Fərq orasındadır ki, o aktyorluqla bunu edir, mənsə yazılarımla.

Hazırda tələbəsən və gələcəkdə hansı sahədə çalışmağı düşünürsən?

Marketinq sahəsi üzrə çalışmağı düşünürəm. Konkret desək SMM və digital marketinq-lə daha çox maraqlanıram. Amma peşəkar marketoloq olmaq üçün öz üzərimdə çalışmalıyam. Avropanın bir sıra ölkələrində kurslarda iştirak etməyi düşünürəm. Növbəti tədris ili üçün Finlandiyada təhsil alacam. Bu mənim sevdiyim sahədə ixtisaslaşmağıma kömək olacaq. Tanınmış marketoloqlar həmişə bunu qeyd edir ki, marketoloq çox öyrənməklə bərabər gəzib öyrəndiklərini təqdim etməyi bacarmalıdır. Ümid edirəm ki, bu məndə alınacaq.