“Amazon”un səhmləri ucuzlaşdı

0
705

ABŞ prezidenti Donald Trampın “Amazon”u tənqid etməsindən sonra şirkət səhmləri ucuzlaşmağa başlayıb.

İKT.lent.az-ın xəbərinə görə, Trampın “tvit”indən sonra “Amazon”un səhmlərinin dəyəri 2,1% aşağı düşüb. Halbuki “tvit”ə qədər 1,6%-lik artım müşahidə olunurdu.

Bununla da həftəlik ucuzlaşma 6,9% təşkil edib. Bu, 2016-cı ilin fevralından sonra “Amazon”un səhmlərində ən böyük dəyər itkisidir.

Qeyd edək ki, D. Tramp “Amazon”u az vergi ödəməkdə günahlandırıb. “Seçkidən öncə “Amazon”la bağlı narahatlığımı bildirmişdim. Digərlərinə nisbətən çox az vergi ödəyirlər, kuryer kimi poçt sistemimizdən istifadə edirlər, nəticədə ABŞ böyük itkiyə məruz qalır və bir çox pərakəndə ticarətçi öz biznesini itirir”, – deyə ABŞ prezidenti “Twitter”də yazıb.