Ötən il şərab ixracına görə istehsalçılara 1,7 mln. manatdan çox vəsait ödənilib

0
749

“Ötən il Azərbaycanda şərab istehsalçıları ixracın artırılması ilə bağlı görülən işlərdən xeyli yararlanıb”.

“APA-Economics”in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün ixracla bağlı keçirilən mətbuat konfransında bildirib.

Nazir müavinin sözlərinə görə, görülən tədbirlər nəticəsində 2017-ci ildə şərabın ixracı 68% artıb.