“Bu mənim ağlıma gəlmişdi” deməyin: Bu 4 əngəli aşın, fikirləriniz gerçək olsun

1
968

Siz də davamlı “Bu mənim ağlıma gəlmişdi” , “Mənim fikrimi oğurlayıblar” kimi cümlələr qurmaqdan bezmədinizmi? Əslində bizə bu cümlələri qurduran təşəbbüskar dostlarımızı bizdən fərqli edən çox da bir fərqli şey yoxdur. Biraz özünə güvən, biraz disiplin, biraz cəsarət olmağı yetərlidir. Amma ən önəmlisi yola çıxmaq üçün ilk addımı atarkən neqativ düşüncələrdən qurtulmuş və bir müddət ərzində psixoloji əngəlləri aşmış olmalısan.
Bəs nədir bu əngəllər? Bir fikri həyata keçirmə ərəfəsində bizə nələr əngəl olur?

1) Uğursuzluq qorxusu

Uğursuzluq qorxusu ədəbiyyatlarda fobiya olaraq deyilir. Atçifobia deyilən uğursuzluq qorxusu başqalarının uğursuz olacağınız vəziyyətdə sizin haqqınızda nə düşündükləri ilə bağlı narahatlıq, sizə dəyər verən insanları ümidlərini puç etmək, gələcəyinizi  yaxşı qurmamaq mövzusunda sizi daima qorxu altında saxlayır. Səhvlərimizlə və özümüzlə üzləşərək bütün bu narahatlıqlara bir əlvida deyə bilməliyik.
Bugünün dünyasına yön verən yüzlərlə uğurlu təşəbbüskar səhv etməyinin və uğursuz olmağın bugünki uğurlarındaki ən böyük pay sahibi olduğunu söyləyir. Hətta böyük bir qismi, “ Ən başda uğursuz olmasaydım əsla bacarmazdım” deyir. Uğursuzluq həyatın bir parçasıdır və bəzən bacarmaq üçün ona ehtiyacımız vardır. Bunu əsla unutmayın.

2) Mükəmməliyyətçilik

Mükəmməliyətçilik, ilk başda müsbət kimi görünməsinə baxmayaraq, əslində, mümkün olmayana çatmaq cəhdidir. Adam həm səhv etməmək həm də hər zaman ən yaxşısına nail olmaq istəyir. Bu səbəbdən mütəxəssislər, mükəmməliyətçiliyin çox vaxt yaxşı xüsusiyyət deyil də bir xəstəlik olduğunu və həyat keyfiyyətini  aşağı saldığını deyir.

3) Fikri paylaşmamaq

Sahibkarlıq qəti şəkildə komanda işidir! Yaxşı uğur hekayələrinin əsaslarına diqqət yetirsək işin arxasında güclü tərəfdaşlıqlar, inam dolu dostluqlar, ilham verən insanlar görəcəksiniz. Fikirinizi bölüşməkdən çəkinməyin. Fikirlər olduqca inkişaf edir və ətrafınızda olan şəxslərin sayəsində daha da mükəmməl hala gəlir.

Rəyinizin çalınması xofu, əlbəttə, təbii bir narahatlıqdır amma heç kəslə bölüşmədən hərəkət etmədiyiniz müddətcə bir gün yenə “Mənim ideyamı görüblər” ssenarisiylə qarşı-qarşıya qala bilərsiniz.

4) İstəksizlik

Hamımızın fikirləri var, elə deyilmi? Ofisdəki, universitetimizdəki, ətrafımızdakı hər kəsin fikirləri var. O halda sahibkarları digər insanlardan fərqli edən fikirlərinin olması deyil. Bu fikirlərindən arxasınca gedəcək cəsarətlərinin və istəklərinin olmasıdır. Bunu dəf etməyin yeganə yolu isə hərəkətə keçməkdir.

İlkin Mirzəzadə, bizplus.az

1 COMMENT