ABŞ-ın “Amazon” online ticarət şirkəti baş ofisi Kaliforniyada yerləşən “Ring” startapını satın alır.
İKT.lent.az-ın CNBC-yə istinadən verdiyi xəbərə görə, “Ring” müşahidə kameraları və “ağıllı” zənglər istehsalçısıdır. Texnoloji məhsullar, o cümlədən obrazların tanınması texnologiyası Ukraynanın paytaxtı Kiyevdə hazırlanır. Kiyevdəki R&D (Research & Development) mərkəzində 300-dən çox mühəndis çalışır. Mərkəz bir neçə nəfərlə fəaliyyətə başlayıb və sürətlə böyüyüb.
“Ring” daha öncə 209 milyon dollar sərmayə cəlb edib. Şirkətin bazar dəyəri 760 milyon dollar həcmində qiymətləndirilir.
“Amazon” – “Ring” sövdələşməsinin məbləği açıqlanmır, lakin “Reuters” bunun 1 milyard dollar təşkil edəcəyini xəbər verib. Nəticədə bu sövdələşmə “Amazon” tarixinin ən böyük alışlarından biri olacaq.