Son 3 gün ərzində ABŞ fond bazarında səhmlərin dəyərinin düşməsi nəticəsində ən çox pul itirənlər “Facebook”un yaradıcısı Mark Zukerberq və “Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffet olub.
İKT.lent.az-ın xəbərinə görə, hər iki iş adamı 3 gün ərzində 3,7 milyard dollar həcmində pul itirib.
“Google”un həmtəsisçisi Larri Peyc 3,1 milyard dollar, onun həmkarı Sergey Brin isə 3 milyard dollar yoxsullaşıb. İlk beşliyi “Zara”nın sahibi Amansio Orteqa tamamlayır, onun itkisi 2,5 milyard dollar olub.
Dünyanın ən zəngin 500 adamı 3 gündə ümumilikdə 128 milyard dollar həcmində geri düşüb. Bunun 55 milyardı amerikalı iş adamlarının payına düşür.
Qeyd edək ki, fevralın 27-dən martın 1-nə qədər “Dow Jones” indeksi maksimum hədd olan 25800-dən 24608-ə düşüb.
726825 295157Hello I discovered the Free of charge Simple Shopping Icons Download | Design, Tech and Internet post really interesting therefore Ive included our track-back for it on my own webpage, continue the great job:) 565019