Səudiyyə Ərəbistanı əyləncəyə 64 milyard dollar sərmayə yatıracaq

1
1074

Səudiyyə Ərəbistanı ictimai və iqtisadi islahatlar daxilində qarşıdakı 10 il ərzində əyləncə sektoruna 64 milyard dollar sərmayə yatıracaq.

“Marja” “AryNews”a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanında bir müddət əvvəl yaradılan və ölkədəki konsert və əyləncə tədbirlərini təşkil edən Əyləncə İşləri Agentliyinin sədri Ahmad bin Aqeel al-Khatib bildirib. O, sərmayələrin həm dövlət, həm də özəl sektor tərəfindən yatırılacağını söyləyib.

Əyləncə İşləri Agentliyi 2018-ci ildə 5 mindən çox tədbir keçirməyi planlaşdırır.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohammed bin Salman “Vizion 2030” proqramı daxilində bir çox sahədə islahatlar reallaşdırılır.

1 COMMENT