“189 TAXİ” Rəqəmsal Marketinq Meneceri vəzifəsinə işçi axtarır.
Əmək haqqı: 800-1000 və +
Vəzifələr
– Media strategiyası və media planlama: mobil reklam strategiyasını yaratmaq, araşdırma ilə məşğul olaraq kanal və vendorlar haqqında , büdcə ayırması , proqnoz və ssenari planlaması ilə bağlı qərar qəbul etmək.
– Layihənin idarə edilməsi: Adwords, Facebook, saytlar, video platformaları, auditoriya satınalma platformaları, reklam şəbəkələri, o cümlədən axtarış, ekran, video, sosial kanallar üzrə mobil reklam kampaniyalarını qurmaq, idarə etmək, optimallaşdırmaq, hesabat vermək
– Reklam əməliyyatları: reklam trafiki, taqların quraşdırması
– Mobil ölçmə və izləmə: mobil ölçmə cihazı yaratmaq və reklam platformaları, əlaqələndirici vasitə, analitik cihaz və daxili məlumat bazası arasında məlumat dəqiqliyini təmin etmək.
– Yaradıcı idarəetmə: görüntülü reklam afişaları, video reklamlar və açılış səhifələri də daxil olmaqla, mobil reklam hazırlamaq üçün Yaradıcı komanda ilə işləmək.
– Test etmək: yaradıcı və layihə test planı tərtib etmək, testlərin hazırlanması və sınaq imtahanlarının keçirilməsini, analitik komanda ilə təhlil və hesabatlar təşkil etmək,
– Kanallardakı və cihazlararası təsir üzərindəki ölçüləri analiz etmək üçün Mobil Marketinq mütəxəssisi olmaq. Nöqtələri bir-biri ilə əlaqələndirmək və məlumatı anlamaq
Tələblər:
– Rəqəmsal marketinq və reklam sahəsi üzrə 1-2 il iş təcrübəsi
– Mobil istifadəçi əldə etməklə bağlı kampaniyaları, xüsusilə Google, Facebook, İnstagram, video platformalar və birbaşa saytları planlaşdırmaq, idarə etmək və optimallaşdırmaq sahəsi üzrə 1 ildən artıq iş təcrübəsi
– Mobil web və yerli tətbiqlərin yüklənməsi layihəsi üzrə təcrübə
– Google Analytics, Google Tag Manager, Google Data Studio və digər analitik vasitələr üzrə təcrübə.
– Rəqəmsal marketinq cihazları ilə bağlı təcrübə
– Yazılı və şifahi ünsiyyət bacarıqları, eləcə də yüksək təqdimat bacarığı
– Məlumatları analiz etmək , tendensiyaları müəyyənləşdirmək və ya əsas nəticələr çıxarmaq və onları fəal anlayışlara çevirmək bacarığı
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına, mövzu yerində “Digital Marketing Manager” yazaraq göndərə bilərlər.