“Mən daha çox vergi ödəməliyəm”

0
697

“Microsoft”un yaradıcısı, milyarder Bill Geyts yeni vergi islahatından narazıdır.

İKT.lent.az-n xəbərinə görə, B. Geyts CNN-ə müsahibəsində bildirib ki, dövlət onun kimi zəngin insanların üzərinə daha çox vergi yükü qoymalıdır: “Mən daha yüksək vergi ödəməliyəm. İndiyədək digərlərindən daha çox – 10 milyard dollardan artıq vergi ödəmişəm, amma hökumət mənim vəziyyətimdə olan insanlardan daha yüksək vergi tələb etməlidir”.

B. Geyts prezident Donald Trampın vergi islahatı nəticəsində proqressiv deyil, reqressiv (geriyə doğru) vergiqoyma şkalasının tətbiq olunduğunu söyləyib. Onun fikrincə, islahatdan ən çox faydalananlar zənginlər olacaq, halbuki respublikaçılar bunun orta təbəqənin və fəhlələrin mənafeyinə xidmət edəcəyini söyləyirdilər.

Qeyd edək ki, “Forbes”un hesablamalarına əsasən B. Geyts hazırda dünyanın ən zəngin insanlarının siyahısında 91,7 milyard dollarlıq sərvəti ilə 2-ci sıradadır. Birinci yeri “Amazon”un yaradıcısı Ceff Bezos tutur, onun sərvəti 120 milyard dollar həcmində qiymətləndirilir.