Zamanı dəyərli olan təşəbbüskarlar üçün həm əyləncəli, həm tərbiyəvi, həm də ruhlandırıcı möhtəşəm sənədli filmlər var. Hazırkı işinizə, ya da təşəbbüsünüzə motivasiya təsiri yaratması arzusu ilə xoş izləmələr…
Beer Wars (2009)
2009-cu ilin istehsalı olan bu sənədli filmdə bir qrup kiçik pivə istehsalçısının dünyanın ən böyük pivə nəhəngləri olan Becks, Budweiser kimi şirkətlərlə necə rəqabət etdiyi göstərilir. Sənədli filmdə heç bir şeyin təqdim etdiyiniz məhsul və ya xidmətin keyfiyyəti qədər əhəmiyyətli olmadığına vurğu edilir.
2) Something Ventured (2011)
Bu sənədli filmdə Apple, Intel kimi böyük texnologiya şirkətlərinin vaxtında investorlar tərəfindən dəstəklənməsəydi, bu gün nə vəziyyətdə olacaqlarını utopiyası açılır.
3) Startup.com (2001)
Film qurluşunda olan bu kinoda Harvard Universitetində tanış olan iki yoldaş, gələcək vəd edən internet saytlarının bir il içindəki artımlarını izləyirlər. Bu layihələrinin rəqəmsal dünyanın partlayış etdiyi dövrlərə təsadüf etməsi isə ikilinin macəralarını daha maraqlı edir.
4) Print The Legend (2014)
Bir “Netflix”studiyasının orijinal istehsalı olan sənədli filmdə 3D yazıçı sənayesinin iç dünyasına kefli bir yolçuluq aparılır. Sənədli filmdə gündəlik əsas əşyalarımızdan insan orqanlarına qədər geniş istehsal buraxılışında fəaliyyət göstərən Makerbot və Formlabs kimi gənc firmaların gələcək nəslin texnologiya nəhəngləri olmaq üçün necə yarışmasının şahidi oluruq.
5) We Live In Public (2009)
Bu quruluşumda 90-lı illərin populyar internet saytı Pseudo.Com-un banisi Coş Harrisin həqiqi həyat hekayəsi izah edilir. Harris, sevgilisi ilə birlikdə yeni köçdükləri evi tamamilə kameralarla təchiz edərək canlı yayım aparmağa başlayır. İnsanlar ona dəli desə də Harris, şərtləri zorlayıb çətin bir işi görməyi bacarır.
6) Indie Game: The Movie (2012)
Bu sənədli filmdə kiçik miqyaslı müstəqil oyun firmalarının böyük uğurlarına şahid oluruq.
7) Dogtown and Z-Boys (2001)
Sean Pennin baş rolunda olduğu sənədli filmdə klassik diyircəkli taxta mədəniyyətini alıb bu fəallığa yeni hərəkətlər edərək diyircəkli taxta milyardlarla dollarlıq bir sənaye halına gətirən Kaliforniyalı diyircəkli taxta komandası Zephyrin hekayəsini dinləyirik.
8) Standing in the Shadows of Motown (2002)
Sənədli Detroyt mənşəli val şirkəti Motown Recorsa bağlı bir çox məşhur qrupun arxasında vokal edən the Funk Brothersın layiq olduğu dəyəri görmədiyi gerçəyi üzərindən qrupun bilinməyən hekayəsinə diqqət yetirilir.
9) Jiro Dreams of Sushi (2011)
Bu sənədli film isə bir Tokio ofis binasının giriş qatında 3 Mişelin ulduzlu, dünyaca məşhur restoranı Sukiyabashi Jiroda dəlilər kimi çalışan və illərini suşi mədəniyyətinə vermiş 85 yaşlı suşi ustası Jiro Ononun əzm və ehtiras dolu hekayəsini danışır.
10) Abstract: The Art of Design (2017)
Yenə bir Netflix studiyası orijinal istehsalı olan bu sənədli film seriyasında memarlıq, qrafik dizayn, və fotoqraf peşəsi kimi müxtəlif ixtisasların işləndiyi və 8 dizaynerinin ilham mənbələrini izah edilir. Bu film birbaşa olaraq sahibkarlıq ilə bağlı kimi olmasa da bu filmdə sahibkarların öyrənəcəyi çox şey var.
İlkin Mirzəzadə, bizplus.az
774576 452990Check out our web site for info about securities based lending and a lot more. There is data about stock and equity loans as nicely as application forms. 969559
835864 640487Ive exactly the same issue sometimes, but I usually just force myself by way of it and revise later. Very good luck! 626441