Nazənin Cavadova öz “startup”ı ilə ölkəmizi beynəlxalq yarışda təmsil edəcək

Date:

Paylaş:

9-11 fevral qadınlar arasında keçirilən “Global Startup Weekend” Bakı tədbirinin qalibi “TalentPort” layihəsi olub.

Nazənin Cavadova və Səkinə Nağızadədən ibarət olan komanda 7 mart Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcəklər.

“Boş durma, hərəkətə keç” şüarı ilə həyata keçirilən yarışda toplam 50-dən çox müraciət qəbul olunub və 11 komanda Bakı finalında iştirak ediblər.

Tədbirin açılışında iştirak edən Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez öz çıxışında iştirakçılara ürək sözlərini ünvanladı və qalibin Paris səfərinin faydalı keçməsini arzu etdi.

“Startup Weekend” tədbirlərinin əsas məqsədi qısa müddət ərzində innovativ ideyalar ətrafında iştirakçıları birləşdirmək və onlara sahibkarlıq, startup, innovasiyalar, marketinq kimi mövzularda bilik və təcrübə qazandırmaqdır.

Mentorların da dəstəyi ilə 54 saat ərzində yeni məhsul hazırlanmasını özündə ehtiva edən yarışın qalibləri aşağıdakı komandalar oldu:

TalentPort – 1-ci yer

Qalib komanda RCI Bank & Services, AccorHotels, Air France, Wavestone, Air Liquide, La Tribune kimi qlobal sponsorlardan Parisə uçuş bileti, Accor oteldə 2 gecə qalmaq, Böyük Finalda qlobal münsiflər qarşısında ideyasını təqdim etmək və Bakıda Next Step İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramına qəbul olunmaq şansı qazanıb.

SuperNanny – 2-ci yer.

Creyofu – 3-cü yer.

Qeyd edək ki, “Global Startup Weekend Women” Bakı finalının baş sponsoru kimi Dövlət Bankı Azər Türk Bank çıxış edirdi. Bundan əlavə, EY Azərbaycan, ADA Universiteti, Red Communications, Khazar Ventures, ATL Tech, Özsüt Restoranları, Topkimi, Pizza Mizza da sponsorlar arasında yer alırdılar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...