Bill Qeyts və Uorren Buffett kimi ən varlıların sirləri və səhvləri

0
1066

Ən varlı investorların milyardlarla pul qazanmaq üçün şəxsi özəl yanaşmaları vardır. Ancaq bəzən öz tövsiyyələrinə belə qarşı gəlirlər və ya böyük bir risk alırlar, qarşılaşdıqları nəticələr isə hər zaman ən yaxşı ssenari olmur.

Bill Geyts: Rəqib bir şirkətə kömək etmək.

Microsoft-un  qurucusu və eyni zamanda böyük  xeyriyyəçi olan Bill Geyts, 90.2 milyard dollar sərvətinin olduğunu bildirilir. Dünyanın ən varlı milyarderlərindən biri olan Bill Geytsin sirri isə Microsoft-un rəqibi olaraq bilinən bir şirkət olan Apple-a köməklik etməkdir.

Günümüzdəki populyarlığına rəğmən 1990-cı illər Apple üçün çox çətin keçdi. Şirkətin mənfəəti aşağı düşdü və ciddi itkilərlə üzləşdi. Eyni dövrdə Microsoft, 1990-da 1.18 milyard dollarlıq gəlirini 2000-ci illərdə təxminən 23 milyard dollara qədər artırmışdı və qızıl dövrünü yaşayırdı.

1997-ci ildə Apple-in pula ehtiyacı var idi və Apple, 150 milyon dollarlıq səhm sataraq Microsoft ilə tərəfdaşlıq qurdu.

Microsoft, Apple şirkətinə ciddi dəstək Verdi və bununla da Apple məhsullarının ömrünü uzatdı. Digər tərəfdən baxanda Apple-a edilən dəstək, Microsoft üçün rəqabət gücü yaratdı. Bu və bunun kimi bir çox faktorun zaman zaman gündəmə gəlməsindən dolayı Microsoft-Apple tərəfdaşlığının uzun müddətdə Microsofta zərər verib vermədiyi sualının cavabı hələ də müzakirəli mövzudur.

Uorren Buffett: Öz hökmünü pozmaq

Yəqin ki, zamanımızın ən məşhur investoru olan Uorren Buffett, səhvlərini etiraf etməkdən əsla çəkinmir. Forbesə görə Amerikadakı ən varlı üçüncü adamdır.

78 milyard dollarlıq sərvətini investisiya haqqında geniş məlumatı və uzaqgörənliyi ilə əldə edən Buffettin çirkli investisiya sirri öz qaydasını pozması olub. Uzun illər texnologiya investisiyalarından çəkindi. 2011-də bir istisna edərək təsviri texnologiya firması IBME-ə böyük bir sərmayə qoydu.

Buffettın investisiya etdiyi prosesdə IBM səhmlərinin alış qiymətləri orta hesabla 167$ – 197$ ətrafında dəyişdi sonra isə IBM üçün aktual səhmlər qiyməti 153 $ ətrafında öz yerini tutdu. Zaman, IBM investisiyanın bir səhv olub olmadığını daha dəqiq deyəcəkdir.

Stiv Koen: İçəridən məlumat sızdırma qalmaqalı

Stiv Koen,  13 milyard dollar dəyərində mal varlığı ilə Forbes-də  34-cü yerdə qərarlaşan bir milyarderdir.Ancaq böyük səhvi üzündən, sərbəst investisiya fond və daşınan qiymətləri idarə edən firması SAC Capital bağlanılıb. Koenin çirkli investisiya sirri ciddi bir hüquqi qanunu pozmağı idi. Məlumat şəbəkəsini istifadə edən böyük bir maşın icad etdi. “SAC Capital” tərəfindən banklara sızan məlumatlar olduğu müəyyən edilib, bunun qanuni ticarət qaydalarına zidd olduğu ortaya çıxdı. Firma müştərilərinə pullarını ekstradisiya etmək məcburiyyətində qaldı və Koen, cəza olaraq 1.8 milyard dollarlıq vəsait ödəyib və iki il ərzində xarici pul idarə etməsinə qadağan olunub.

Karl Icahn: Netflix ilə rəqabət edə bilməyib məğlub olan Blockbustera investisiya qoymaq

Səhm alışı edərkən sanki ovlanan, Microsoftun almaqdan imtina etdiyi zaman Yahoodan səhm alaraq Yahoonun rəhbərlik kabinetini dağıtmaq planları quran milyarder Icahn, bazardakı hərəkətləri əvvəlcədən sezmək məsələsində olduqca uğurlu və atdığı kiçik addımlarda belə uzun müddətli nəticələri əsas götürərək hərəkət edir.  Karl Icahn, mal varlığı Forbes jurnalında 27-ci yerdə qərarlaşmışdır. Özünü maliyyə çatışmazlıqlardan dolayı potensialını ortaya çıxarmayan, varlıqları satın alaraq dəyişiklik tələb edən  bir investor kimi görür. Təəssüf ki, bu tendensiya bəzən investisiya səhvlərinə səbəb olur. Bu xətalardan biri olan Blockbuster, internet üzərindən film kirayəsi seçimi bəxş edən bir veb saytı. Bu platformanın zaman keçdikcə qan itirməsi nəticəsində Karl Icahn təxminən 200 milyon dollar itirib. Icahn, Netflixe 321 milyon dollar investisiya qoyub qazancını təxminən 2 milyard dollara çevirərək Blockbuster uğursuzluğunu kompensasiya etmiş oldu.