Collezione Italia Azərbaycanda vüsət alaraq geniş yayılmış sahələrindən biri kimi qəbul edilən lyuks inşaat məshullarının satışını təşkil edən nüfuzlu nümayəndələrindən birincisidir. Collezione Italia lyuks sektorunda fəaliyyət göstərərək müştərilərinə Avropanın ən nüfuzlu brendlərini idxal edərək xidmət göstərir.
Collezione Italia hazırda mebel sektoru üçün Satınalma üzrə Menecer vəzifəsi üzrə işçi qəbulu elan edir.
Namizədə dair əsas tələblər:
• Yaş: 25-40;
• Təhsil: Ali;
• Cins: qadın/kişi;
• Azərbaycan, ingilis və rus dillərini mükəmməl səviyyədə bilmək;
• Ofis proqramlarını yüksək səviyyədə bilmək (Word, Excel, Power Point, Outlook);
• Hər üç dildə səlist danışaraq təqdimatlar keçirmək bacarığı.
Əsas vəzifə və öhdəliklər:
• Şirkətin məhsulları ilə bağlı müntəzəm araşdırmalar aparmaq;
• Rəqib şirkətlərin, yeni məhsulların və ümumilikdə bazarın təhlilini apararaq hesabatlar hazırlamaq;
• Geniş çeşidli məhsul və xidmətləri idarə edərək, həmin məhsulların qiymətinin müəyyən olunmasında iştirak etmək;
• Brend strategiyasının inkişafının hazırlanması;
• Bazara yeni məhsul və brendləri çıxartmaq;
• Müxtəlif marketinq tədbirlərini (reklam kampaniyaları, təqdimatlar) təşkil edərək həyata keçirmək;
• İstehsalçı və təchizatçılarla iş;
• Brendlər üzrə yeni məhsulları hazırlayaraq sifarişlərin yerləşdirilməsi;
• Marketinq-planını hazırlayaraq idarə etmək;
• Məhsulların bazarda satışı məqsədi ilə təbliğat və təşviqat ideyalarını təklif edərək həyata keçirmək;
• Biznes tərəfdaşları ilə danışıqların və yazışmalarının aparılması;
• Təqdimatların keçirilməsi.
Şərtlər:
• İş qrafiki: həftəfə 6 gün 10:00-19:00
• Mobil danışıqlar ofis tərəfindən təmin edlir
• Nahar ofis tərəfindən təmin edilir.
• Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.
Maraqlı namizədlərdən xahiş olunur ki, öz şəkilli e-mailin mövzu hissəsində “Satınalma üzrə Menecer” qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.