Məşhur azərbaycanlı müğənni və biznesmen öz “ConfiDent” adlı klinikalar şəbəkəsini açmağa hazırlaşır. Klinikalarda müştərilərə kosmetoloji və stomatoloji xidmətlər göstəriləcək.
Birinci mərhələdə iki belə klinikanın yaradılması planlaşdırılır. Plana görə, bu klinikaların inşasına və təchizatına bir milyon dollar vəsait sərf olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Emin Ağalarov RNS-ə verdiyi açıqlamada bildirib.
“Biz stomatoloji xidmətlər, eləcə də, üz dərisinə qulluq, aparatlı kosmetologiya üzrə xidmətlər göstərəcək “ConfiDent” klinikalar şəbəkəsini istismara verməyi planlaşdırırıq. İlk klinika bir müddət sınaq rejimində fəaliyyət göstərəcək.
Yaxın günlərdə VEGAS Krokus Sitidə açmağı planlaşdırırıq. Mən bu layihəni Aleksandr Sançesin tərəfdaşlığı ilə gerçəkləşdirirəm, o, stomatoloqdur, stomatoloji klinikaların inkişafı üzrə təcrübəsi var”, – deyə Ağalarov bildirib.
“Crocus Group” şirkətlər qrupunun vitse-prezidenti olan Emin Ağalarov bundan əvvəl RNS-ə verdiyi açıqlamada sağlam qidaların çatdırılma xidmətini işə saldığını xəbər vermişdi. Bu layihəni Ağalarov, müğənni Valeriya və onun həyat yoldaşı, prodüser İosif Priqojinin gerçəkləşdirəcəyi bildirilir.
Ağalarov restoran biznesində də bir neçə layihə gerçəkləşdirir. Oktyabr ayında Ağalarov müğənni dostu Qriqori Lepslə birgə “Ryumka vodki” adlı bar açıb.
Hal-hazırda tərəfdaşlar eyniadlı karaoke klubu və restoran açmağı planlaşdırır. Bundan başqa, Emin prodüser Maksim Fadeevlə şərik olaraq “U dadyi Maksa” adlı musiqi restoranını inkişaf etdirir.
58840 85065I dont leave a great deal of comments on a lot of blogs each week but i felt i had to here. A hard-hitting post. 210647