“Instagram”dan biznes akkauntlar üçün yeni imkanlar

0
1183

“Instagram” tərtibatçıları sosial şəbəkədə biznes akkauntlar üçün yeni imkanlar əlavə ediblər.

Lent.az-ın “The Verge” nəşrinə istinadən məlumatına görə, artıq onların sahibləri sonradan avtomatik olaraq dərc olunacaq dərcetmələri öncədən planlaşdıra biləcəklər.

Hazırda dərcetmələrin planlaşdırılması funksiyasını “Instagram”la əməkdaşlıq edərək işləyən “HootSuite”, “Sprout Social” və digər ödənişli kənar xidmətlər və proqramlar vasitəsilə həyata keçirmək mümkündür.

Bu ana qədər “Instagram” sonradan dərc ediləcək statusları kənar xidmətlər vasitəsilə etməyə də imkan vermirdi. Bu səbəbdən bir çox proqramlar bu funksiyanı təqdim edirdilər ki, bu proqramlar da yalnız istifadəçiyə bu ya digər dərci etməyi xatırladırdı.

Sosial şəbəkənin nümayəndələri bildiriblər ki, dərclərin öncədən planlaşdırılması funksiyasının 2019-cu ildə adi akkauntlar üçün də istifadə edilməsi mümkün olacaq. Mütəxəssislər təxmin edirlər ki, bu rahat imkanlar zaman-zaman “Instagram”ın əsas proqramına da əlavə ediləcək.