Beynəlxalq Bank işçi axtarır

Date:

Paylaş:

Vakansiya haqqında məlumat:

“ABB” ASC  Məlumat mərkəzi şöbəsinin mütəxəssisi (Call Center operator) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq
 Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək
 Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək
 Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmək

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil
 Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək
 MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti
 Ünsiyyətçilik və səlis danışıq səriştəsi
 Komandada işləmək bacarığı
 Analitik zəka, müştərilərlə yüksək səviyyədi işləmək motivasiyası

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Dil biliklərinizi inkişaf etdirmək imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  5 fevral 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Məlumat mərkəzi şöbəsinə mütəxəssis (Call Center operator)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...