Martda Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olacaq

1
757

Mart ayında Həştərxanda 5 min kvadratmetr ərazisi olan Azərbaycan Biznes Mərkəzi açılacaq. Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev vilayətin 2017-ci ildə beynəlxalq əlaqələrinin inkişafının yekunları və 2018-ci il üçün perspektivləri barədə hesabat məruzəsində bildirib ki, çoxfunksiyalı beşmərtəbəli binada sərgi, konfrans zalları, ofis otaqları və mini otel yerləşəcək.

Nazir qeyd edib ki, bu mərkəz Heydər Əliyev Fondunun vəsaiti ilə inşa edilib. Eyni zamanda, Bakıda Həştərxan Biznes Mərkəzinin tikintisinə başlanılıb. İki obyekt üzərində birgə iş regionla Azərbaycan arasında ticari-iqtisadi və nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi məqsədi daşıyır. Rusiyanın digər subyektlərindən olan biznesmenlər də Biznes Mərkəzinin imkanlarından istifadə edə biləcəklər.

Xatırladaq ki, 2016-cı ilin dekabrında Azərbaycan Biznes Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

1 COMMENT