Bil Qeyts “super inək” yaratmaq üçün milyonlar ayırdı

0
891

Milyarder Bil Qeyts (Bill Gates), daha çox süd verəcək “super inək” yaratmaq üçün 29 milyon funt-sterlinq investisiya edir. Məqsəd daha az yeyən, daha güclü və daha məhsuldar bir inək irqi yaratmaqdır. Qeyts, Afrika heyvanlarının DNT-sindən hər yerdə yaşamağa uyğunlaşan səmərəli bir heyvan yetişdirilməsini istəyir.

DAHA AZ YEYİB HƏYATDA QALIR

İngiltərədə “Holstein-Friesians” cinsindən olan inəklər gündə orta hesabla 19 litr süd istehsal edir. Afrika inəkləri isə yalnız 1,5 litr istehsal edə bilirlər. Ancaq Afrika inəkləri yüksək temperaturlarda sağ qala bilir və çox daha az yeyirlər.

“HEYVANDARLIQ SEHRLİ BİR ŞEYDİR”

Qeyts, Edinburq Universitetində etdiyi çıxışında araşdırmaya maliyyə yardımı ayırdığını elan edərək,”Heyvandarlıq sehrli bir şeydir. Ən yoxsul ölkələrdə yaşayan bir milyarddan artıq insan üçün kənd təsərrüfatı və heyvandarlıq bir həyat xilaskarıdır”,- deyib.

DÖRD DƏFƏ DAHA MƏHSULDAR

Edinburqdakı alimlər, qismən Beynəlxalq İnkişaf Departamenti tərəfindən maliyyələşdirilən araşdırmalarda tropik bölgələrdəki xəstəliklərə məruz qalan sığırların həyatlarını xilas etmək üçün peyvənd yaratmaq məqsədli proqramlar da istifadə edəcəklər.

Qeyts, “Daha dözümlü, dörd qat daha məhsuldar bir inəyiniz ola bilər” deyərək layihənin əhəmiyyətini vurğulayıb.