1949-cu ilin Citroen 2CV modeli 75,6 min avroya satılıb

0
795

“İyrənc ördək balası” ləqəbini almış əfsanəvi Citroen 2CV modelini Parisin Osenat hərracında 75,6 min avroya satıblar. İlkin olaraq, bu avtomobilin satışından 12 min avro əldə etmək planlaşdırılırmış.

Avtomobil rekorda imza ataraq, bu günə qədər hərraca çıxarılan Citroen  2CV modelinin ən bahalı nüsxəsi olub. Avtomobil Niderland muzeyinə qismət olub. Satılan «iyrənc ördək balası» 1949-cu ildə buraxılan ilk seriya avtomobillərindəndir. O zaman Citroen şirkəti 876 ədəd belə avtomobil buraxıb ki, hərracda satılmış avtomobil konveyerdən 458-ci olaraq çıxıb. Citroen 2CV 9 at qüvvəli 375 kub santimetrlik iş həcmi olan mühərrik ilə təchiz edilirdi. Avtomobil 65 km/saat sürət həddinə malik idi. 2CV modelinin 1990-cu ilə qədər sürən istehsal müddətində beş milyondan çox belə avtomobil istehsal edilib.

Osenat hərracında daha iki Citroen 2CV modeli satılıb. Onlardan biri (1966-cı ilin istehsalı) 6,6 min avroya, digəri (1951-ci il) isə 17,4 min avroya satılıb.

©Autograph