“Walt Disney” şirkəti bütün əməkdaşlarına 1000 dollar bonus verəcək

0
844

ABŞ-ın “Walt Disney” şirkəti bütün əməkdaşlarına 1000 dollar həcmində birdəfəlik bonus ödəyəcəyini elan edib.

Lent.az-ın “Blooomberg”ə istinadən verdiyi xəbərə görə, buna prezident Donald Trampın vergi islahatı əsas yaradıb.

Şirkətin ABŞ-dakı 125 min əməkdaşı bonus alacaq. Beləliklə, “Walt Disney” bonuslara 125 milyon dollar xərcləyəcək. Bundan başqa, şirkət yaratdığı xüsusi fonda 50 milyon dollar köçürəcək və bu vəsaitdən saat hesabı ilə çalışan əməkdaşların təhsilinə kömək üçün istifadə olunacaq. Ümumilikdə bunda sonra fonda hər il 25 milyon dollar köçürüləcək.

Qeyd edək ki, D. Trampın vergi islahatı nəticəsində şirkətlər üçün gəlir vergisi 35%-dən 21%-ə qədər azaldılıb. Bəzi şirkətlər vergidən azad olmuş gəlirlərindən əməkdaşlarına bonus ödəmək qərarına gəlib. Məsələn, “Verizon Communications” hər əməkdaşına 2,6 min  dollarlıq istiqraz verəcəyini açıqlayıb.