Netflix 2017-ci ildə 186 milyon dollar xalis mənfəət əldə edib

0
840

Qlobal internet televiziya şəbəkəsi Netflix, 2017-ci ilin dördüncü rübündə gəlirinin və mənfəətinin artdığını açıqlayıb.

“Marja” Netflix-dən verilən açıqlamaya istinadən xəbər verir ki, ötən ilin dördüncü rübündəki gəlirin, 2016-nın eyni dövrü ilə müqayisədə 33 faiz artımla 3,29 milyard dollara yüksəldiyi bildirilib. Şirkətin gəliri 2016-nın son rübündə 2,48 milyard dollar olmuşdu.

Şirkətin ötən ilin dördüncü rübündə xalis mənfəəti də 2016-cı ilin eyni dövrü ilə müqayisədə 178 faiz artaraq 186 milyon dollara çatıb. Netflix, 2016-nın oktyabr-dekabr dövründə 67 milyon dollar xalis qazanc açıqlamışdı.

Netflix-in gəlir və mənfəətindəki artımın ardından Nyu-York Birjasının bağlanmasından sonra aparılan məhdud əməliyyatlarda səhminin dəyəri 8,8 faiz artaraq 247,67 dollara qədər qalxıb.

Beləliklə, şirkətin bazar dəyəri də 98,5 milyard dollardan 107,2 milyard dollara qalxıb, Netflix-in bazar qiyməti ilk dəfə 100 milyard dolların üzərinə çıxmışdır.

YENİ ABUNƏÇİ SAYINDA REKORD

Netflix, 2017-nin dördüncü rübündə dünya üzrə təxminən 8 milyon 330 min yeni abunəçi qəbul edib. Beləliklə, şirkət tarixində bir rübdə çatılan yeni abunəçi sayında da rekord qırılıb.

Həmin dövrdə yeni abunəçilərin 1 milyon 980 mini ABŞ-dan, 6 milyon 360 mini də digər ölkələrdən xidmətə qoşulub.

Beləliklə, Netflix-in cəmi üzvlərinin sayı ABŞ-da 54 milyon 750 minə, ABŞ xarici ölkələrdə 62 milyon 830 minə çataraq, bütövlükdə təxminən 117 milyon 580 min olub.