Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” milli aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək.
Azərbaycan Turizm Assosiasiyasının (AzTa) rəhbəri Nahid Bağırov bildirib ki, şirkət, mart ayından etibarən Bakıya reyslər təşkil edəcək.
“Etihad Airways” – dünya aviaşirkətləri arasında lider üçlüyə daxil olan bir şirkətdir və onun Azərbaycanda fəaliyyəti, ərəb ölkələrindən, “ortadan yuxarı” seqmentində turist axının artmasına gətirib çıxaracaq. Həmçinin, “Etihad Airways”, ərəb ölkələrində baş verən məlum məsələlərlə bağlı, digər aviaşirkət olan QATAR AIRWAYS” şirkətinin xidmətlərindən yararlana bilməyən ölkələrdən ərəb turistlərinin axınını təmin edəcək”, – N.Bağırov belə deyib.
© Fineko/abc