4 universitet bitirdi ancaq işə götürmədilər, indi isə təşəbbüskardır

0
2132
selda sunay

4 universitet bitirdi ancaq işə götürmədilər, indi isə təşəbbüskardır.

Diyarbəkirdə 4 universitet bitirən və 6 il ödənişli müəllimə işləyən Selda Sunay,  işə təyin olunmadığına görə ənənəvi sahibkar olmağı seçdi. Sunay, KOSGEB-dən (Türkiyədə kiçik və orta sahibkarları dəstəkləyən və maliyyələşdirən dövlət qurumu)
aldığı dəstəklə şokolad satan oldu.

Diyarbəkirdən olan 31 yaşındakı Selda Sunay, Dicle və Anadolu Universitetlərində 4 ixtisası bitirdi. Ən son Dicle Universiteti Fənn Ədəbiyyat fakültəsi Kimya ixtisası üzrə məzun olan Sunay, müəllimə olmaq üçün təcrübə topladı. 6  il ödənişli şəkildə müəlliməlik edən və ştata alınmağı gözləyən Sunay, ştata alınmadığı üçün KOSGEB-dən dəstək alaraq, iş yeri açdı. İş yerində şokolad satan Sunay, məhşur bir şokolad firmasının Türkiyədə 7-ci dilerliyini aldı.

selda sunay

Oxumağı çox sevdiyini deyən Sunay,“ 4 ayrı universitet məzunuyam. Mümkün olsa yenə oxuyacam. 8 övladıq. Hamımız da universitet məzunuyuq. İlk  universitetim Dicle Universiteti İnşaat fakültəsi idi, daha sonra Anadolu Universiteti menecment fakültəsini bitirdim. Ondan sonra vergi və mühasibatlıq kurslarını bitirdim.

Ən sonda Dicle Universiteti Fənn Ədəbiyyat fakültəsindən məzun oldum. Ödənişli müəllimə olaraq işə başladım. Ştata alınmadım. Təxmini 6 il ödənişli müəllimə olaraq işlədim. Müəlliməliyi çox sevirdim. Daha sonra belə bir işə başladım. Diyarbəkirdə bir qadının edə biləcəyi ən elit iş nə ola bilər deyə düşündüm.  Şokolad ağlıma gəldi. Sonra firma ilə görüşmələrə başladım. Çətin bir zamandan sonra 1 il əvvəl iş yerimi açdım. Türkiyədə 7-ci,  Şərqi Anadoluda tək şöbəyik. İş yerini açarkən KOSGEB-dən 50 min lira ( 23 min manat ) dəstək aldım.

selda sunay

Müştərilərinin məmnun olduğunu bildirən Sunay, “Müəllim ə olduğumu öyrəndiklərində təqdir edirlər. “Müəlliməsən, amma bu işi edirsən, afərin” deyib qürurumu qaldıranlar olur. Bu sözlər məni ruhlandırır. Diləyirəmki, qız uşaqları oxumağa davam etsinlər. Heç kimə möhtac olmadan iqtisadi müstəqilliklərini qazanmağa çalışmalıdırlar deyə düşünürəm.

Mənim qadın və tutduğunu qoparan biri olmağım və bu işin həqiqətən öhdəsindən gələ biləcəyimə olan inancım sayəsində dilerliyi aldım. Çox da yaxşı davam etdiyimi düşünürəm. İnşallah çox daha yaxşı olacaq. Məhsul çeşidimiz çox genişdir.  Uşaq şokoladından tutmuş nigah şokoladına,  evlilik şokoladından tutmuş sevgililər günü şokoladına kimi çox çeşidimiz var.

Şokoladlarımızın ən önəmli xüsusiyyəti əldə hazırlanma olması və kakaounun original olmasıdır. Heç bir qoruyucu maddə olmadan 1 il 3 ay saxlanabilinən şokoladlardır. Heç bir şəkildə xarab olmazlar deyə söyləyir.

İlkin Mirzəzadə, Bizplus.az