IBM-in xalis gəliri ötən il 5,75 milyard dollar təşkil edib

1
842

ABŞ-ın məşhur texnoloji şirkətlərindən olan “International Business Machines Corp.”ın (IBM) xalis gəliri ötən ilin yekunlarına əsasən 2,1 dəfə azalaraq 5,75 milyard dollar təşkil edib.

lent.az-ın “Praym”a istinadən verdiyi xəbərə görə, hər səhmə düşən gəlir 6,14 dollar təşkil edib. Halbuki 2016-cı ildə bu rəqəm 12,38 dollar idi. IBM-in il ərzindəki ümumi mədaxili isə 79,139 milyard dollar olub.

Şirkətin maliyyə göstəricilərinə ABŞ-da 2017-ci ilin dekabrında yeni vergi islahatı qanununun qəbulu da təsir göstərib. IBM birdəfəlik 5,5 milyard dollar vergi ödəyib.

IBM-in böyük vitse-prezidenti və baş maliyyə direktoru Ceyms Kavano (James Kavanaugh) 2018-ci ildə “bulud” texnologiyaları, təhlükəsizlik və blokçeyn texnologiyaları sahələrində lider mövqelərini möhkəmləndirəcəklərini bildirib.

Qeyd edək ki, IBM 1911-ci ildə yaradılıb.

1 COMMENT