“Könüllülər üçün Könüllü psixoloq” layihəsinin icrasına başlanılıb

0
716

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənc Psixoloqlar” İctimai Birliyinin təşkilatçılığı, “ASAN Könüllüləri” Gənclər təşkilatının tərəfdaşlığı ilə “Könüllülər üçün Könüllü psixoloq” layihəsi həyata keçirilir. Əsas məqsədi ASAN Xidmət mərkəzlərində və digər respublika əhəmiyyətli layihələrdə könüllü olmuş gənclərdən ünsiyyət və özünü ifadə çətinliyi yaşayanlara psixoloji yardımın göstərilməsi olan layihə 4 ay davam edəcək.

Qeyd edək ki, hal-hazırda layihənin texniki və təşkilati işlərinin icrasını həyata keçirən “Gənc Psixoloqlar” İctimai birliyi və ASAN Könüllüləri Gənclər təşkilatı növbəti aydan etibarən müraciətlərin qəbulunu və xidmətin göstərilməsini təmin edəcəklər.