“Azerspace-1” peyki 2017-ci ildə 23 milyon dollar gəlir əldə edib

0
1269
azerspace 1

“Azərkosmos” ASC dünyanın 20-dən çox ölkəsinə peyk xidmətləri ixrac etməkdədir.

Bizplus.az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən məlumatına görə, bu, “İxrac İcmalı”nın 2018-ci ilin yanvar sayında öz əksini tapıb.

2017-ci ilə olan məlumata görə, peyk telekommunikasiya xidmətlərinin (“Azerspace-1”) ixracından 14 mln. ABŞ dolları, optik peyk xidmətlərinin (Azersky) ixracından isə 9 mln. ABŞ dolları gəlir əldə edib.

Ümumilikdə “Azərkosmos” ASC tərəfindən 2017-ci ildə 23 mln. ABŞ dolları dəyərindən xidmət ixracı həyata keçirilib.