Nurgun Group vakansiya elan edib!

0
1815

İş barədə məlumat:

– Şirkətin istehsal və idxal etdiyi qida və qeyri-qida məhsullarının bazarda irəlilədilməsi strategiyalarının hazırlanması və reallaşdırılması;
– Bazarın monitorinq və təhlili, rəqabət mühitinin öyrənilməsi;
– Treyd aktivliklər üzrə kompleks təqvimin hazırlanması və tətbiq edilməsi;
– Treyd Marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
– Satışların analizi, məhsul çeşidlərinin planlaşdırılması və satış effektivliyinin artırılması üzrə tədbirlər planının hazırlanması;
– Qiymət əmələgəlməsi prosesində iştirak edilməsi;
– Yeni məhsulun bazara çıxarılmasında iştirak edilməsi;
– Treyd marketinq büdcəsinin planlaşdırılması və yerinə yetirilməsinə nəzarət edilməsi;
– POS materiallarının hazırlanması və satış komandası tərəfindən istifadə edilməsinə nəzarətin həyata keçirilməsi;
– Analitik hesabatların tərtib olunması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

– Yaş həddi: 25 -35 olmalı;
– Azərbaycan və rus dili mükəmməl (ingilis – dili arzuolunandır) olmalı;
– Bölgələrə ezamiyyətə getməyə hazır olmalı;
– Yüksək səviyyədə kompüter bilgiləri (MS Office) olmalı;
– İqtisadiyyat (marketinq, treyd marketinqlə əlaqədar sertifikat və ya diplomu olanlara üstünlük verilir) üzrə ali təhsil;
– FMCG sektorunda ən azı 2 il iş təcrübəsi olmalı;

Şəxsi keyfiyyətlər:

– Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
– Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
– Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;

Digər məlumatlar:

– yüksək karyera imkanları;
– iş saatları: 09:00-dan 18:00-dək;
– 5 günlük iş qrafiki;
– əmək haqqı 800 – 1000 AZN.