Azərbaycanın və Gürcüstanın biznes strukturları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

0
778

Tbilisidə səfərdə olan “Baku Business Factory”nin (BBF) nümayəndələri yanvarın 11-də Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, BBF-nin idarə heyətinin üzvü Anar Əskərov görüşdə qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı startap layihələrin əməkdaşlığı üçün əlverişli şərait yaradır.

Sonra o, BBF-nin fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları ilə bağlı G.Çerkezişviliyə məlumat verib.

Nazir müavini Georgi Çerkezişvili Gürcüstanda startap layihələrinə göstərilən dəstəklə bağlı məlumat verib. Bildirib ki, hazırda nazirliyin əsas hədəfi Gürcüstanın regionlarındakı layihələrə dəstək verməklə onların inkişafını təmin etməkdir.

Görüşdə BBF-lə Gürcüstanın müvafiq təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq yolları müzakirə olunub.