Sahibkarlar Hindistanda səhiyyə turizm konqresində iştiraka dəvət olunurlar

1
985

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Hindistanda keçiriləcək səhiyyə turizm konqresində iştiraka dəvət olunurlar.

AZƏRTAC Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadla xəbər verir ki, martın 2-3-də Hindistanın Bangalor şəhərində Beynəlxalq Səhiyyə Turizm Konqresi keçiriləcək. Əsas məqsəd hazırda səhiyyə sektorunda olan texnologiya və biznes problemləri mövzusunda müzakirə aparmaqdır. Konqres bir sıra tibbi turizm sənayesinin liderləri ilə qarşılıqlı fəaliyyət, sahibkarlara yerli və qlobal tərəfdaşlıq imkanı təklif edir. Tədbir, həmçinin farmakologiya şirkətləri, xəstəxanalar, tibbi turizm agentlikləri, sığorta şirkətləri, tibb texnologiyası istehsalı, sağlamlıq və qonaqpərvərlik sənayesi üçün əlverişli platforma olacaq.

1 COMMENT