“Tesla”nın satışında rekord: 100 min avtomobil alıcısına çatdırıldı

0
1038

“Tesla” şirkəti 2017-ci ilin dördüncü rübündə avtomobil tədarükü ilə bağlı hesabatını dərc edib.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, hesabat dövründə şirkət bazara 29 870 ədəd çıxarıb. Onlardan 15 200 maşın “Model S”, 13 120 ədədi “Model X”, 1 550 ədədi isə “Model 3” maşınları olub.

Geridə qoyduğumuz rüb avtomobil istehsalının həcmində ən yaxşı rüb olub. Daha dəqiq desək, illik nisbətdə “Model S” və “Model X”in tədarükü 27 faiz, rüblük nisbətdə isə 9 faiz artıb. Nəticədə bütün il ərzində “Tesla” 101 312 ədəd avtomobil istehsal edib ki, bu da 2016-cı ilin göstəricisindən nəinki 33 faiz üstündür, hətta “Tesla”nın özünün verdiyi proqnozlardan yaxşıdır.

Buna əlavə olaraq 2 520 “Model S” və “Model X”, həmçinin 860 “Model 3” avtomobilləri müştərilərinə çatdırılması üçün rübün sonunda yolda olub. Hər zaman olduğu kimi, “Tesla” tədarükü o zaman nəzərə alır ki, müştəri öz maşınını artıq əldə edib.

Şirkət qeyd edib ki, “Model 3” istehsalında problemin həllində müsbət inkişafa nail olub. Xüsusilə rübün son 7 günü ərzində 793 ədəd bu model avtomobil istehsal edilib. “Tesla” gözləyir ki, cari rübün sonunda bu göstərici həftədə 2500 ədəd “Model 3” avtomobili olacaq. İkinci rübün sonunda isə bu rəqəm həftəlik 5000 ədəd avtomobilə çatacaq.