Bitcoin milyarderləri niyə özlərini gizli saxlayırlar?

0
785

Bitcoin-in anonimliyi və şəffaflığı sayəsində bazarda asanlıqla əldə edilə bilən məlumatlarda maraqlı məqamlar görülə bilər. Ən varlılar siyahısındakı ilk 10 cüzdanın kimlərin olduğu bilinməsə də, bəzilərini anlamaq asandır.

Vinklevoss əkizləri dekabr ayında cəmiyyət tərəfindən qəbul olunan ilk Bitcoin milyarderləri olaraq qəbul edildilər. Həmin vaxt onların 91666 Bitcoin-i, yəni, 1.063 milyar dolları olduğu təmin edilirdi.

Lakin əkzilər hər zaman diqqət mərkəzində olduqları üçün onların sərvətini hesablamaq asan görünə bilər. Hesablamalara görə, hələlik bəlli olmayan çolu sayda Bitcoin milyarderi mövcuddur.

Paylaşılan dəftərlərin paylaşılan sərvətləri

Əgər sahib olduğunuz bütün pulları vahid cüzdanda saxlasaq, hissələri birləşdirərək kimin sərvətlilər siyahısına düşə biləcəyini aydınlaşdıra bilərik.

Həmin şəxslər isə Bitcoin-lərini müxtəlif hesablarda saxlayırlar. Bunu məntiqli hesab edə bilərik. Çünki Bitcoin bazarı olduqca təhlükəlidir. Fırıldaqçılar, saxtakarlar və hakerlər hər vəchlə nəsə əldə etməyə çalışır.

200-ə qədər milyarder

Təhlükəsizlik narahatlıqları üzündən anonim olaraq qalmağa çalışan “BitInfoCharts” nümayəndəsi elektron poçt vasitəsilə MSN-yə Bitcoin-in günümüzdəki bazar həcmi və bir çox insanın sahib olduqları Bitcoin-ləri bir neçə fərqli ünvanda saxlamaları göz önünə gətirildikdə, hazırda 200-ə qədər Bitcoin milyarderinin ola biləcəyini deyib.

Nümayəndə eyni zamanda bu yüklü ünvanların bir çoxunun böyük ehtimalla birjalar və ya hedcinq fondları tərəfindən istifadə edildiyini vurğulayıb.

Hazırda içində Bitcoin ilə 100 milyon dollardan çox pul saxlayan 100-dən çox ünvan olduğunu nəzərə alsaq, həqiqətən də Bitcoin milyarderlerinin daha çox ola biləcəyini düşünə bilərik. İllər ərzində artım yaşayan Bitcoin bu artım ərzində bir çoxlarını milyonçu etdi və indi də milyarder etməyə başlayıb.

Gizlətmək daha yaxşıdır

Erkən investisiya və ya ağıllı ticarət edərək nəhəng ölçülərdə mənfəət əldə edib milyarderə çevrilmiş şəxslər niyə gizli qalırlar?

Gizliliyin və anonimliğin kralı heç şübhəsiz Satoşi Nakamotodur. Onun təminən 1 milyon Bitcoin-i olduğu güman edilir.

Satoşi Nakamotonun niyə gizli qaldığına və Bitcoin ilə bağlı xüsusi hərəkətliliyinin olmamasına dair çoxlu iddia ortaya çıxdı, ancaq onlardan hansının doğru olduğu məlum deyil. Əgər o, sağdırsa, indiki halda dünyanın ən varlı şəxslərindən biridir.

Vergilər gəlir, qaçın…

Əlbəttə ki, asanlıqla bir ada almaq üçün kifayət qədər böyük sərvətiniz varsa və bu Bitcoin-lə mümkün olubsa, yəni vergi ödəmirsinizsə, gizli qalmaq seçimi olduqca təbiidir.

Qanun tənzimləyicilərinin Bitcoin mövzusunda hələ də qəti bir qərar verməmələrinin səbəbi Bitcoin müzakirə mövzusu olduqda xəstəliyin özünə deyil, simtomlarına baxmalarıdır. Ancaq gələcəkdə Bitcoin vergisinin tətbiq olunacağı gözlənilir.

Böyük sərvətə sahib olub şəxsiyyətlərini açıqlayanlar da böyük ehtimalla siyahıdakı ilk şəxslər olacaq.

Mənbə: kripto.az