2017-də “Huawei” şirkətinin dövriyyəsi 92 milyard dollar təşkil edib

0
977

“Huawei” şirkətinin rəhbəri Ken Hu (Ken Hu) bildirib ki, 2017-ci ildə şirkətin dövriyyəsi təxminən 15 faiz artıb və 92 milyard dollar təşkil edib.

Şirkət bu təqvim ilində 153 milyon ədəd smartfon tədarük edib və bazarın 19 faiz payını tutub. 2016-cı ildə bu nəticə 139 milyon ədəd olub.

Xatırladaq ki, hazırda “Huawei” şirkəti nəhəng smartfon istehsalçıları reytinqində üçüncü yeri tutur. 2021-ci ilə qədər şirkət “Apple” və “Samsung”u qabaqlayaraq lider mövqeni tutmaq niyyətindədir.

Müşahidəçilər qeyd edirlər ki, “Huawei” qarşısına qoyduğu məqsədlərə çatmaq üçün Qərb ölkələri bazarında mövcudluğunu gücləndirməlidir.