Azərbaycanda sahibkarlıq 4 subyektə bölünür – qəbul edildi

1
1344

Azərbaycanda sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsünün aparılması ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bununla bağlı “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna yeni 4-1 (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) maddəsinin əlavə edilməsi təklif olunur.

Yeni maddəyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu maddədə nəzərdə tutulmuş meyarlar əsasında aparılır.

Layihə səsə qoyularaq qəbul edilib.

© APA

1 COMMENT