“HeadHunter” “Job.ru”nu satın aldı

Date:

Paylaş:

Rusiyanın “HeadHunter” rekrutinq şirkəti iş və işçi axtarışı üzrə tanınmış xidmət olan “Job.ru” portalını satın almağa hazırlaşır. 

lent.az-ın “Vedomosti”yə istinadən verdiyi məlumata görə, sövdələşmənin miqdarı açıqlanmır. Alqı-satqı işi 2018-ci il yanvarın sonunda tamamlanacaq. Artıq “Job.ru”da saytın bağlanması barədə elan var və orada “HeadHunter”ə aid “hh.ru”ya keçid etmək təklif olunur.

“Job.ru”nun komandasında gəlincə, “HeadHunter” əməkdaşlarla müsahibə apardıqdan sonra onların ən yaxşılarını işə qəbul etməyə hazırdır.

Qeyd edək ki, “Job.ru” portalı “Pronto media” holdinqinin aktivlərindən biridir. Noyabrın sonunda holdinq zərərlə işlədikləri üçün “Job.ru” portalı və “irr.ru” (İz ruk v ruki) saytını bağlayacağını açıqlayıb.

“HeadHunter” isə iqtisadiyyatın bütün sektorları üçün işçi axtarışı ilə məşğul olan online platformadır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...