Acun Ilıcalı kimdir?
Acun Ilıcalı 1969-cu ildə Türkiyənin Ədirnə şəhərində dünyaya gəlib. Acun Firarda, Var mısın? Yok musun?, Fear Factor, Surivor, Yetenek sizsiniz, O ses Türkiye kimi televiziya verilişləri ilə uğur qazanmış məşhur aparıcı və kanal sahibidir.
Valideynləri Ergün və İlknur Ilıcalının ikinci övladı kimi dünyaya gələn Acunun Ömər Cenker Ilıcalı adında bir böyük qardaşı var. 5 yaşında başladığı orta təhsilini Ədirnə İstiqlal Orta Məktəbində tamamlayıb. Məktəbi bitirdikdən sonra İstanbul Universiteti ingilis dili müəllimliyi ixtisası üzrə təhsilə başlasa da universitet həyatı 7 ildən sonra məzun olmadan bitir.
19 yaşında Seda Ilıcalı ilə evlənir və bu evliliyindən Banu adında bir qız uşağı dünyaya gəlir. Qızının doğumundan 10 ay sonra 1990-ci ildə ana və atasını yol qəzasında itirir.
Yoldaşından boşandıqdan sonra 1994-ci ildə avtomobili ilə Bağdad Prospektində böyük bir qəza keçirir. Qəzada arxada oturan yaxın yoldaşı həyatını itirir. Özünün isə sol qolu qırılır və 36 tikişli əməliyyatdan sonra qoluna platin taxırlar.
1995-ci ildə evini satır və böyük bir geyim mağazası açaraq ticarət həyatına atılır. Ancaq həmin dövrdə Türkiyədə baş verən iqtisadi böhrana görə müflis olur.Daha sonra yenidən universitet imtahanına daxil olur. Universiteti qazanır ancaq yenə də təhsil almaqdan imtina edir.
Televiziyaya gəlişi
Bir dostu vasitəsiylə İlker Yasin adlı məşhur aparıcı ilə tanış olur. Acun Ilıcalının futbol biliyi İlker Yasinin çox xoşuna gəlir və onu sınamaq üçün işə götürür. Cəmi 100 dollar maaş alır və qatı Fənərbaxçalı olmasına baxmayaraq Beşiktaş müxbiri olur. Müxbirlik vaxtlarında Beşiktaş futbolçuları ilə o qədər səmimi olur ki onu Show Tv-ə transfer edirlər.
Həmin dövrdə bartıq yeni layihə verirlər və o dünyanı gəzməyə başlayır. Acun Firarda adlı bu verilişi ilə Türkiyənin sevgisini qazanır. Acun Firarda ən çox izlənilən səyahət proqramı olur və bu macərası ilə 105 ölkə gəzir. Bu zaman artıq Acunun maaşı 10.000 dollar idi. Dokun bana və Biri Bizi Gözetliyor verilişlərinin heyətində yer alıb köməkçi aparıcılıq edir.
2005-ci ildə Acun Media adlı şəxsi şirkətini yaradır. Fear Factor, Survivor, Qızlar – Oğlanlar, Survivor Türkiyə – Yunanıstan, Survivor Aslanlar – Kanarya, Var mısın Yok musun, Nəhənglər Liqası, Yetenek Sizsiniz, Yok Böyle Dans və O ses Türkiye kimi layihələrin produseri, münsifi və aparıcısı olur. 2005-ci ildə, 36 yaşında vergi rekordçularəndan biri olur. 2013-cü ildə TV8 kanalını 70 milyon dollara satın alır. Bir ildən sonra kanalın dəyəri 400 milyon dollara qədər qalxır.
Ailə Həyatı
Birinci evliliyini 19 yaşında universitet yoldaşı Seda Ilıcalı ilə edib. Bu evliliyindən Banu adında bir qız uşağı olub. 24 yaşında yəni 1993-cü ildə boşanıb. İkinci evliliyini 2003-ci ildə etdiyi Zeynep Ilıcalı ilə edən Acun 4 qız atasıdır.