Nəyə görə Louis Vuitton öz bahalı çantalarını yandırır?

2
1138

Əgər sizin bahalı Louis Vuitton markasından olan çantanız yoxdursa, deməli bu həyatda zəngin xanım olaraq yer tutmamısınız. Bu dünya brendinin məhsulu olan çanta yalnızca varlı şəxslərə məxsus ola bilər. Bu cür məhsul müstəsna olaraq hər hansı bir fərdi müştəri üçün layihələndirilir və tikilir.

Bu zaman Louis Vuitton cihaz istehsalatından deyil, sırf əl əməyindən istifadə edir. Bu müştərilərə qarşı nümayiş etdirilən qayğıdır və şirkətin özünəməxsus xüsusiyyətidir. Düzgün şəkildə həyata keçirilən piar, yüksək keyfiyyət, elit zəngin müştərilər və bazarda irəliləmək üçün dəqiq olaraq düşünülmüş siyasət…

Bu çantaları “harda oldu” əldə edə bilmərsiniz. Hər şey dəqiqliklə düşünülüb. Şirkətin rəhbər tutduğu siyasət isə heç kimə güzəştə getmir. Burada endirimlər həyata keçirilmir. Heç hardan Louis Vuitton-u endirim və yaxud aşağı qiymətlə əldə edə bilmərsiniz.

Bundan əlavə, Louis Vuitton-un satılmayan çantalarının yandırılması haqqında bir fakt mövcuddur. Çantaların yandırılması hər ilin sonunda yeni kolleksiyanın çıxmasından bir qədər əvvəl həyata keçirilir.

Louis Vuitton çantaları – istehlakçının visit vərəqəsi

Ümumilikdə şirkətin istehsalat prosesi haqqında danışmalı olsaq, qeyd etmək lazımdır ki, dünyanın ən bahalı çantaları 19-cu əsrin texnologiyası əsasında hazırlanır. Lakin bu hələ çantaların baha və elit olmasının əsas səbəbi deyil. İlk amil çantaların əl işi olmasıdır. İkinci amil isə fərdi sifariş və dizayndır. Bir müştəri – baqaj üçün bir açar. İzah edək: Louis Vuitton çanta və çemodanlarının kilid hissəsi elə formada hazırlanır ki, onu sifarişçidən başqa heç kəs aça bilmir. Bu səbəbdən də yalnız sizin açarınız bu markanın çanta və çemodanını aça bilər. Louis Vuitton – qorumaq lazım olan nüfuzdur. Cari şərtlər çərçivəsində isə bunu etmək elə də asan deyil. Bir səhv addım və nüfuzunuzu ya tamamilə itirdiniz, ya da adınızı ləkələdiniz.

Əlbəttə, qlobal bazarda yalnız bu keyfiyyət ilə kifayətlənmək mümkün deyil. Louis Vuitto tərzinin arxasında müstəsna olaraq professional komanda çalışır. Şirkətin reklam siyasətinə gəldikdə isə, burada ən yaxşı variant  elit tədbirlərdə özü ilə Louis Vuitton çantasını daşıyan müştəridir. BU “cəmiyyətin qaymaqları” üçün vazkeçilməz tərzdir.

Hər kəsə yaxşı tanış olan siyasətçilər, incəsənət nümayəndələri, musiqiçilər, artistlər və s. öz sərvət və nüfuzunu Louis Vuitton məhsulu ilə nümayiş etdirməyə çalışır. Bundan daha yaxşı reklam düşünmək mümkün deyil. Bu zaman həmin müştərilər özləri ilə birgə ayrılmadıqları brendi də reklam etmiş olurlar.

©banker.az

2 COMMENTS